Zelenskinin mətbuat xidmətindən növbəti səhv

zelenskinin-metbuat-xidmetinden-novbeti-sehv
Oxunma sayı: 2771

Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat xidməti növbətə səhvə yol verib.

“Qafqazinfo” “Ukrainskiye novosti” portalına istinadən xəbər verir ki, bu dəfə ölkə başçısının Hindistanın Baş naziri Narendra Modiyə ünvanlanmış rəsmi təbrik məktubunda gülüş doğuran məqam yaranıb. Belə ki, Baş nazirin kişi olduğu halda, onun ünvanına deyilən sözlərdə qadına müraciətdə istifadə olunan əvəzlikdən istifadə olunub. Daha sonra bu səhv düzəldilib.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna prezidentinin mətbuat xidməti V. Zelenskinin Kanadaya səfəri zamanı yayımlanan bildirişdə xarici ölkənin paytaxtı kimi Ottavanı deyil, Torontonu qeyd etmişdi.