Zelenski Putindən ilk xahişini etdi

zelenski-putinden-ilk-xahisini-etdi
Oxunma sayı: 4360

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə müraciət edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenski 2018-ci ildə həbs edilmiş 24 ukraynalı dənizçinin sərbəst buraxılmasını istəyib:

“Hamımızın uşağı var. Uşaqları valideynlərinə qaytarın”.

Zelenski bu sözləri Kiyevdə brifinq zamanı rus dilində səsləndirib. Onun çıxışını bütün Ukrayna telekanalları yayımlayıb.

Xatırladaq ki, ötən il Ukraynanın 3 hərbi gəmisinə  Rusiyanın dövlət sərhədlərini pozması iddiası ilə həbs qoyulub. Gəmidə olan 24 dənizçi haqqında isə azadlıqdan məhrumetmə cəzası verilib.