Ukrayna Prezidenti Vladimir Zelenski Təhlükəsizlik Xidmətinin rəis müavini Viktor Kononenkonu vəzifəsindən azad edib.
“Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, bu barədə o, müvafiq fərman imzalayıb.
“Kononenko Viktior İonasoviç Ukrayna Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilsin”, - deyə fərmanda qeyd olunur.
Xatırladaq ki, V. Zelenski bir neçə gün öncə Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin rəisi Qriqori Ostafiyçuku də işdən çıxarıb.
Son xəbərlər
Son Xəbərlər