Zelenski ilə görüşdən əvvəl deputatların telefonları yığıldı

zelenski-ile-gorusden-evvel-deputatlarin-telefonlari-yigildi
Oxunma sayı: 1737

Ukrayna Ali Radasında “Xalqın xidmətçisi”  partiyasının iclasında gözlənilməz hadisə yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident Vladimir Zelenskinin də iştirak etdiyi iclasdan əvvəl heç bir səsyazma aparılmaması üçün deputatların telefonları yığılıb. Bu barədə parlamentin söz azadlığı məsələləri üzrə komitə sədrinin müavini Yevgeni Braqar məlumat verib.

Onun sözlərinə görə, Radada fraksiyanın daxili işlərinə aid məsələlər müzakirə edilib ki, bu da açıqlama tələb etmir.