Yeni Notr-Dam belə görünə bilər - Damında tərəvəz əkiləcək +Fotolar

yeni-notr-dam-bele-gorune-biler
Oxunma sayı: 2377

Fransa hökuməti aprelin 15-də yanan tarixi Notr-Dam kilsəsinin yenidən bərpası üçün layihə müsabiqəsi elan edib.

“Qafqazinfo” xəbər verir ki, müsabiqəyə qoşulanlardan biri də belçikalı memar Vensan Kalbodur. Maraqlı və qeyri-standart ideyaları ilə tanınan memar bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, Vensan yeni Notr-Dam üçün maraqlı təkliflər irəli sürüb.

Onun fikrincə, Notr-Damın yeni görünüşündə tarixi izləri saxlamaqla yanaşı, yenilik də etmək lazımdır. Məsələn, kilsənin damında istixana qurmaq olar. Burada isə tərəvəzlər yetişdirmək mümkündür. Hətta istixanada ildə 21 tonadək meyvə-tərəvəz yetişdirmək olar.

Bundan başqa kilsənin damı büllur şüşşədən hazırlanmalıdır ki, günəş enerjisini ötürsün.

Kalbonun layihəsindən fotoları təqdim edirik: