Yayın ən məşhur mahnıları açıqlandı - Video

yayin-en-meshur-mahnilari-aciqlandi
Oxunma sayı: 2596

“Spotify” musiqi platforması yay mövsümünün ilkin nəticələrinə əsasən ən məşhur mahnıları açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, yay aylarının ən populyar mahnısı Kamila Kabelyo ilə Şon Mendesin ifa etdiyi “Señorita” olub.

İkinci yerdə Ed Şiran və Castin Biberin “I Don’t Care”, üçüncü yerdə isə Billi Aylişin “Bad Guy” mahnısı qərarlaşıb.

Hit-paradın ilk beşliyində Lil Nas X-lə Billi Rey Sayrusun “Old Town Road”, eləcə də Badd Bunny və Tainy-in “Callaita” mahnısı yer alıb.