Yaralı əsgərimiz əməliyyat olundu - Foto

yarali-esgerimiz-emeliyyat-olundu
Oxunma sayı: 4085

İyulun 31-də Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tər­finin təxribatının qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçu üzərində avqust ayının 1-də aparılmış cərrahiyyə əməliyyatı uğurla başa çatıb.

“Qafqazinfo”nun Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, hal-hazırda vəziyyəti qənaətbəxşdir.

Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov hərbi qulluqçuya baş çəkib.