Xorvatiya - Azərbaycan oyununun hakimləri açıqlandı

xorvatiya-azerbaycan-oyununun-hakimleri-aciqlandi
Oxunma sayı: 1365

AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Xorvatiya - Azərbaycan oyunun hakimləri müəyyənləşib. 

“Qafqazinfo” UEFA-nın saytına istinadən xəbər verir ki, matçı bolqarıstanlı hakimlər briqadası idarə edəcək.

Baş hakim Georgi Kabakov olacaq.  Ona yan xətdə Martin Marqaritov və Divan Valkov kömək edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını isə Nikola Popov yerinə yetirəcək.

Xatırladaq ki, martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.