Xətai və İsmayıllı rayon sakinlərinin nəzərinə

xetai-ve-ismayilli-rayon-sakinlerinin-nezerine
Oxunma sayı: 1642

Bu gün səhər saat 09:00-dan etibarən orta təzyiqli qaz kəmərlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən həyət evləri, Naximov, Zeytun yaşayış massivlərində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan “Qafqazinfo”ya verilən məlumata görə, saat 09:30-dan 17:30-dək müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar İsmayıllı rayonunun 2 yaşayış məntəqəsində də qaz təchizatı dayandırılacaq.