30-a yaxın müəllim işdən çıxarılıb? - Xalq artistindən açıqlama

30-a-yaxin-muellim-isden-cixarilib
Oxunma sayı: 4371

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən 30-a yaxın müəllimin işdən azad edilməsi barədə məlumat yayılıb.

Qeyd edilib ki,  Xalq artistləri Ağakişi Kazımov, Azər Zeynalov, Valeh Kərimov, Əməkdar artistlər Ötkəm İsgəndərov, Nadir Xasıyev, elmlər doktoru, dosent Fərhunə Atakişiyeva daxil olmaqla xeyli sayda şəxs işindən azad olunub. 

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Xalq artisti Valeh Kərimovla əlaqə saxlayıb.  “Bilməzdim ki, belə əziz bir insanam. Artıq iki mətbuat işçisi mövzu barədə mənimlə əlaqə saxlayıb. Əzizlərim, mən 5 ildir ki, universitetdən çıxmışam. Bu məlumatı niyə indi yazırlar, səbəbini bilmirəm”.

 Məsələ ilə bağlı digər Xalq artistləri ilə əlaqə saxlamaq mümkün olmayıb, onlar telefona cavab verməyiblər. 

Qeyd edək ki, ilk dəfə məlumatı “BakuPost” yayıb.