Türkiyədən gözlənilməz məğlubiyyət - Video + Fotolar

turkiyeden-gozlenilmez-meglubiyyet
Oxunma sayı: 8727

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Türkiyə yığması bu gün İslandiya millisinin qonağı olacaq.

“Qafqazinfo” xəbər verir ki, qrupda keçirdiyi 3 oyunda qalib gələn “ay ulduzlular” növbəti 3 xalını qazanmağa çalışacaq. 

AÇ-2020-nin seçmə mərhələsi

11 iyun, 22:45

İslandiya - Türkiyə

**

Matç başladı

** 

İslandiya millisi hesabı açdı. Raqnar Siqurdsson fərqlənməyi bacardı. 1:0.

**

İslandiya hesabı 2:0 etdi. Bu dəfə də Raqnar Siqurdsson rəqibin qapısından qol keçirdi. 

** 

Türkiyə yığması hesab arasında fərqi azaltdı. Doruxan Tokuz 41-ci dəqiqədə fərqlənməyi bacardı. 

**

İslandiya - Türkiyə matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.