Tunis prezidenti Beji Kaida as-Sebsinin ölüm xəbəri yayılıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilən 92 yaşlı prezidentin öldüyünü ilk olaraq “Al-Hadath” kanalı etibarlı mənbələrə istinad edərək yayıb. Lakin Sebsinin müşaviri Firas Kefraş yayılan informasiyanı təkzib edib. O bildirib ki, prezidentin vəziyyəti kritikdir.
Eyni zamanda, parlamentin spikeri Məhəmməd an-Naser bütün siyasi blokların rəhbərlərinin iştirakı ilə təcili iclas çağırıb.
Son xəbərlər
Son Xəbərlər