Tramp vaxtının çoxunu niyə tvitterdə keçirir?

tramp-vaxtinin-coxunu-niye-tvitterde-kecirir
Oxunma sayı: 1478


Dünya liderləri arasında tvitterdən ən çox istifadə etməsi ilə seçilən ABŞ Prezidenti Donald Tramp bu məsələyə aydınlıq gətirib.

“Qafqazinfo”nun “C-Span” nəşrinə istinadən verdiyi xəbərə görə, Tramp tvitterdə niyə tez-tez postlar paylaşmasına açıqlıq gətirərək bildirib ki, atdığı tvitlərlə özünü jurnalistlərin hücumlarından müdafiə edir.

“Bu, mənim yeganə özünümüdafiə üsulumdur. Əgər mətbuat mənimlə bağlı məlumatları vicdanla işıqlandırmış olsaydı, o zaman sosial şəbəkədə o qədər də aktiv olmazdım, buna ehtiyacım da olmazdı”, - deyə Amerika lideri vurğulayıb.

Trampın fikrincə, media onu pis şəkildə təqdim edir: “Buna görə çox üzülür və məyus oluram”.