Təyyarəni ildırım vurdu, 153 nəfər ölümdən döndü

teyyareni-ildirim-vurdu-153-nefer-olumden-dondu
Oxunma sayı: 2096

ABŞ-ın Los-Anceles şəhərində “JetBlue” hava yolu şirkətinə məxsus təyyarəni ildırım vurub.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, Los-Anceles - Nyu-York reysi üzrə hərəkət edən təyyarə ildırım vurmasından sonra təcili şəkildə Los-Ancelesdəki hava limanına geri dönüb.

Xoşbəxtlikdən pilot təyyarəni təhlükəsiz şəkildə yerə endirməyi bacarıb.

Məlumata görə, hadisə zamanı təyyarədə 153 nəfər olub.