Tbilisidə etiraz aksiyası başa çatdı - Video + Yenilənib

tbiliside-etiraz-aksiyasi-basa-catdi
Oxunma sayı: 3631

Gürcüstan parlamenti qarşısında artıq 8-ci gündür ki, etiraz aksiyaları davam edir.

“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən məlumatına görə, mitinqçilər Daxili İşlər naziri Georgi Qaxarianın istefasını tələb edirlər.

Qaxaria isə bir qədər əvvəl açıqlamasında “Əgər mənim şəxsiyyətimin hakim komandaya hər hansı ziyanı dəyərsə, vəzifəmdən istefa verəcəyəm” deyib.  

**

Tbilisidə keçirilən etiraz aksiyası hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin biznes mərkəzi yaxınlığında başa çatıb.

“Sputnik Gürcüstan” yazır ki, aksiyaçılar rəmzi sarı kartlar göstərərək "Get!" şüarı səsləndiriblər.