Tanınmış müğənni 43 kq kökəlib

taninmis-mugenni-43-kq-kokelib
Oxunma sayı: 2666

Bir müddət bundan əvvəl səhhətində ciddi problem yaranan “Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari  43 kq çəki alıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, qonaq olduğu “Faydalı saat” verilişində məlumat verib. Sənətçi hazırda 95 kilo olduğunu, müalicələrdən sonra çəkisinin artdığını qeyd edib. 

Xatırladaq ki, Nazim bir müddət əvvəl öd kisəsindən əməliyyat olunmuş, 12 saat əməliyyat masasında qalmışdı. İfaçı iddia etmişdi ki, həkimlər ona səhvən xərçəng diaqnozu qoyub. 

Həmin dövrdə müğənni tanınmaz dərəcədə arıqlamış, hətta onun ölüm xəbəri yayılmışdı.