Sürücülərin diqqətinə!

suruculerin-diqqetine
Oxunma sayı: 1221

Bu axşam 22:00-dan səhər saatlarına kimi Binəqədi şossesində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, işlər avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə aparılır. 

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.