Suriyada 29 uşaq donaraq ölüb

suriyada-29-usaq-donaraq-olub
Oxunma sayı: 1342

Dünya Səhiyyə Təşkilatı Suriyanın Əl-Hol qaçqın düşərgəsində son 8 həftə ərzində ən az 29 uşağın donaraq öldüyünü açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada 33 min insanın çadırsız və adyalsız, qızdırıcısız yaşadığı, onların da vəziyyətinin ciddi olduğu qeyd edilib.

İŞİD-ə qarşı mübarizənin davam etdiyi Deyrizordan qaçmağı bacaran mültəcilər qida çatışmazlığından da əziyyət çəkirlər.