SOCAR “Poet Qabil” gəmisinin adını dəyişib - “Palmali”dən açıqlama

socar-poet-qabil-gemisinin-adini-deyisib
Oxunma sayı: 4302

“Palmali” Şirkətlər Qrupunun 2015-ci ildə suya buraxdığı “Poet Qabil” gəmisinin adının dəyişdirildiyi barədə məlumatlar yayılıb. 

“Qafqazinfo”nun Modern.az-a istinadən verdiyi məlumata görə, Azərbaycanın Xalq şairi, mərhum Qabilin adı verilmiş “Poet Qabil” gəmisi hazırda “BLUE LAKE STAR” adlanır. 

“Palmali” Şirkətlər Qrupunun RST22M layihəsi üzrə inşa etdirdiyi Armada tipli, 7100 tonluq neft tankerinin artıq yeni ad altında üzdüyü bildirilir.

“Palmali” Şirkətlər Qrupundan bildirilib ki, həmin gəmi artıq onlara məxsus deyil: “2017-ci ildə SOCAR-la birlikdə ortaq şirkət quruldu. Həmin vaxt “Poet Qabil” gəmisi ilə birgə 5 gəmi “Palmali” Şirkətlər Qrupuna məxsus idi. Bunlar “Poet Qabil”, “Borçalı”, “Məcid Aslanov”, “Begim Aslanova”, ”Armada Fair” gəmiləri idi”.

“Palmali”dən bildirilib ki, ortaqlıq dayandırıldıqdan sonra həmin 5 gəmi SOCAR-da qalıb.

“Məhz SOCAR-ın sərəncamına keçdikdən sonra gəmilərin adı dəyişdirilib. SOCAR tərəfindən həmin gəmirlərin satıldığına və ya onlarda qaldığına dair məlumatımız yoxdur.

“Palmali” Şirkətlər Qrupu Azərbaycanın ictimai həyatında mühüm rol oyanayan, tanınmış şəxslərə hər zaman böyük diqqət və sayğı ilə yanaşır”, -deyə Şirkət bəyan edib.