Şəxsiyyət vəsiqəsi haqda qanuna bu dəyişiklik ediləcək

sexsiyyet-vesiqesi-haqda-qanuna-bu-deyisiklik-edilecek
Oxunma sayı: 3805

“Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

“Qafqazinfo” nun məlumatına görə, dəyişikliyin mahiyyəti yeni nəsil şəxsiyyət vəsiqələrinə yerləşdirilən elektron daşıyıcıya (çipə) vətəndaşların əl-barmaq izlərinin daxil edilməsidir.  Layihəyə əsasən 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur. 

 Eyni zamanda, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar maddəsinə (Maddə 3) barmaq izləri sözü əlavə edilir.

 Günel Türksoy