Səudiyyə Ərəbistanında qadınlarla kişilər eyni yaşda təqaüdə çıxacaq

seudiyye-erebistaninda-qadinlarla-kisiler-eyni-yasda-teqaude-cixacaq
Oxunma sayı: 1915

Səudiyyə Ərəbistanı hökuməti qadınlar və kişilər üçün pensiya yaşını bərabərləşdirib.

“Qafqazinfo” “SPA”ya istinadən xəbər verir ki, bundan sonra hər iki cinsin nümayəndəsi 60 yaşından təqaüd almağa başlayacaq.

Qeyd edək ki, bundan əvvəl ölkədə qadınlar 55 yaşından etibarən təqaüdə çıxırdılar.