Sərvəti 100 milyardı keçən dünyanın üçüncü şəxsi bəlli oldu

serveti-100-milyardi-kecen-dunyanin-ucuncu-sexsi-belli-oldu
Oxunma sayı: 2504

Fransalı biznesmen, "Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno dünyada sərvəti 100 milyardı keçən üçüncü adam olub.

“Qafqazinfo” “Blumberq”ə istinadən xəbər verir ki, milyarderin sərvəti 100,4 milyard dollar təşkil edir. İlin əvvəlində LVMH səhmlərinin 43% artması nəticəsində Arnonun kapitalı 32 milyard dollar çoxalıb.

Bernar Arnodan əvvəlki yerləri isə “Amazon”un qurucusu Ceff Bezos (119 milyard dollar) və “Microsoft” qurucularından Bill Qeyts (106 milyard dollar) tutur.