Senatorun atasını da həbs etdilər

senatorun-atasini-da-hebs-etdiler
Oxunma sayı: 1893

Basman məhkəməsi senator Rauf Araşukovun atası Raul Araşukov barəsində də həbs qətiimkan tədbiri seçib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, senatorun atası martın 30-dək həbsdə saxlanılacaq. Ata Araşukov çalışdığı qaz şirkətindən yanacaq oğurlaması iddiası ilə razılaşmayıb. 

Qeyd edək ki, Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukov adam öldürtməkdə və 30 milyard rubldan çox məbləğdə qaz oğurluğunda ittiham olunur. Onun haqqında 2 aylıq həbs qətiimkan tədbiri qəbul edilib.