Sabiq “Qarabağ”lılardan “Neftçi”yə vurulan qolun sevinci - Video

sabiq-qarabaglilardan-neftciye-vurulan-qolun-sevinci
Oxunma sayı: 3509

“Qarabağ”ın sabiq üzvləri Riçard Almeyda və Pedro Enrike Azərbaycan derbisində “Neftçi”yə qarşı keçirilən oyunda sabiq komandasına dəstək nümayiş etdiriblər.

“Qafqazinfo” xəbər verir ki, hazırda Qazaxıstanın “Astana”  klubunda çıxış edən oyunçular matçı izləyib, “Qarabağ”ın qoluna seviniblər. 

Qeyd edək ki, millimizin üzvü olan Riçard 2012/2018-ci illərdə Ağdam klubunda çıxış edib. Pedro isə ötən mövsümü “Qarabağ”da icarə əsasında keçirib.