Sabah Bakının bir hissəsində su olmayacaq

sabah-bakinin-bir-hissesinde-su-olmayacaq
Oxunma sayı: 2490

Oktyabrın 4-də Bakının bir sıra ərazilərində içməli su olmayacaq.

“Azərsu” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı şəhəri Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar sabah gün ərzində Xətai rayonu A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.