Rövnəq Abdullayev baş məşqçi dəyişikliyindən danışdı

rovneq-abdullayev-bas-mesqci-deyisikliyinden-danisdi
Oxunma sayı: 1788

“Futbolun inkişafına yönələn layihələr davam edir. Avropa Liqasının final oyununun Bakıda keçirilməsi sevindirici haldır”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun növbəti hesabat konfransının açılışında deyib.

Qurum rəhbəri ötən ilin çıxışlarından danışıb: “Uğurlarımız bununla bitmir. U-19 millimiz Avropa çempionatının elit-raundunda uğurlu çıxış etdi, həmçinin, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynadı. Təəssüflər olsun ki, milli komandamız Millətlər Liqasında uğurlu çıxış edə bilmədi. AFFA-nın qərarı ilə baş məşqçimizi dəyişdik. Baş məşqçimiz Nikola Yurçeviçə işində uğurlar arzu edirəm”.