Ronaldo 2018-ci ilin “ən yaxşı”sı seçildi - Foto

ronaldo-2018-ci-ilin-en-yaxsisi-secildi
Oxunma sayı: 1877

“Yuventus”un və Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo növbəti mükafata yiyələnib.

“Qafqazinfo” xəbər verir ki, forvard Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) tərəfindən təsis edilən "Globe Soccer Awards" versiyası üzrə 2018-ci ilin ən yaxşı futbolçusu seçilib.

Mükafatı artıq Kriştianu Ronaldoya təqdim edilib.