Robbi Uilyams türk arvadı üçün tarixi abidənin eynisini tikdirdi

robbi-uilyams-turk-arvadi-ucun-tarixi-abidenin-eynisini-tikdirdi
Oxunma sayı: 3889

Müğənni Robbi Uilyams 3-cü dəfə ana olan türk xanımı Ayda Fild üçün Kaliforniyadakı malikanəsində Topqapı Sarayındakı “Validə Sultan Köşkü”nün bənzərini inşa etdirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ingilis müğənni bunu həyat yoldaşına 3-cü doğum hədiyyəsi olaraq bağışlayıb. 2010-cu ildə ailə quran cütlüyün Teodora adlı qızı, Çarlton adlı oğlu var idi. Onların Kolette adlı daha bir qız övladı dünyaya gəlib. Uilyams Aydanın 2015-ci ildə Topqapı sarayında görüb bəyəndiyi “Validə Sultan Otağı”nı Beverli-Hillzdəki malikanəsində inşa etdirib.

Bunun üçün 12 nəfərlik heyət Sultan III Muradın anası Nurbanu Sultan tərəfindən inşa olunan və 18-ci əsrin sonlarına doğru Sultan III Səlimin ikinci mərtəbə əlavə etdirdiyi “Validə Sultan Köşkü”nün eynisini hazırlamaq üçün 2 ay Topqapı Sarayında araşdırmalar aparıb.