“Real” Zidanın gəlişindən sonra ilk qələbəsini qazandı

real-zidanin-gelisinden-sonra-ilk-qelebesini-qazandi
Oxunma sayı: 3131

Madridin “Real” klubu Zinəddin Zidanın baş məşqçi postuna qayıdışından sonra ilk oyununu keçirib. 

“Qafqazinfo” xəbər verir ki, İspaniya La Liqasının 28-ci turunda “Selta”nı qəbul edən “Real” matçdan 2:0 hesablı qalibiyyətlə ayrılıb. 

Oyunda İsko və Qaret Beyl fərqlənə bilib. 

“Real” hazırda 54 xalla İspaniya çempionatının turnir cədvəlində üçüncü yeri tutur. “Selta” isə 25 xalla 18-ci yerdə qərarlaşıb.