Qarri Rodriges rəsmən “Fənərbaxça”da

qarri-rodriges-resmen-fenerbaxcada
Oxunma sayı: 1760

Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Fənərbaxça” heyətini gücləndirib. “Qafqazinfo” xəbər verir ki, İstanbul nəhəngi kapo-verdeli futbolçu Qarri Rodrigezi heyətinə qatıb. 

“Sarı-lacıvərtlilər” vingeri Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan 2 illik icarəyə götürüb. 

Qeyd edək ki, Rodrigez daha öncə də Türkiyə Superliqasında çıxış edib. O,  “Qalatasaray”ın heyətində 61 oyun keçirib.