“Qarabağ” ilk oyunda qələbə qazandı - Yenilənib

qarabag-ilk-oyunda-qelebe-qazandi
Oxunma sayı: 7206

Bu gün Azərbaycan üçün avrokuboklar səhnəsi başlayır.

“Qafqazinfo” xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” mövsümə start verir.

Qurban Qurbanovun komandası səfərdə Sloveniya “Olimpiya”sı ilə gücünü sınayacaq.

Qarşılaşma Bakı vaxtilə saat 22:00-da başlayacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi

İlk oyunlar

11 iyul

22:00. “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan)

***

Matç başladı

***

İlk 30 dəqiqə ərzində qarşılıqlı hücumlara baxmayaraq hələ ki, qol vurulmayıb.

***

İlk hissədə hesab açılmayıb. Tərəflər fasiləyə yollanıb.

***

İkinci hissə başladı

***

Donald Gerye 79-cu dəqiqədə "Qarabağ"ın qolunu vurur

***

Matç başa çatır və "Qarabağ"avrokuboklarda ilk oyununda qələbə qazanır.