“Qarabağ” “Dundalk”ı keçsə... - Potensial rəqibi müəyyənləşdi

qarabag-dundalki-kecse
Oxunma sayı: 5329

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.

Belə ki, Ağdam təmsilçisi “Dundalk” səddini keçəcəyi halda  növbəti mərhələdə APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki,  III təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək.