Qanunda yeniyetmələrlə bağlı dəyişiklik

qanunda-yeniyetmelerle-bagli-deyisiklik
Oxunma sayı: 1664

 "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələ parlamentin fevralın 1-də keçirilən iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, qanuna 1.2-1-ci maddə əlavə edilsin. 

Həmin maddədə qeyd olunur ki, doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər.

Dəyişikliyə görə, müvafiq olaraq "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna da əlavələr edilməsi təklif olunur. Belə ki, qanunun 6-cı maddəsinə 2-1-ci bəndi (15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı) sözləri təklif olunub. 

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

 Günel Türksoy