Qadınları bank hesabları vasitəsilə aldatdı

qadinlari-bank-hesablari-vasitesile-aldatdi
Oxunma sayı: 857

Qadınların bank kartından pul çıxararaq mənimsəyən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Gəncə şəhərində ötən ilin dekabr ayı ərzində şəhər sakini N.Qurbanovanın bank hesabından 300 manatını çıxararaq oğurlamaqda və daha 5 qadına qarşı dələduzluq etməkdə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.