Putinlə Zelenskinin ilk danışığının təfərrüatları

putinle-zelenskinin-ilk-danisiginin-teferruatlari
Oxunma sayı: 1888

Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Vladimir Zelenskinin telefon danışığının təfərrüatları məlum olub.

“Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında tərəflər arasında söhbətin 20 dəqiqə davam etdiyini bildirib.

“Bu, prezidentlərin ilk, tanışlıq xarakterli danışığı idi. Bilirsiniz ki, onlar ilk dəfə telefon vasitəsilə əlaqə saxladılar. Bundan öncə dövlət başçılarının hər hansı əlaqəsi olmayıb. Danışıq olduqca praqmatik xarakter daşıyıb”, -deyə Peskov vurğulayıb. 

Qeyd edək ki, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub. Liderlər Donbassdakı münaqişənin nizamlanması məsələlərini, eləcə də danışıqların Normand formatında davam etdirilməsinin mümkünlüyünü də müzakirə ediblər.