Putin Ərdoğana başsağlığı verdi

putin-erdogana-bassagligi-verdi
Oxunma sayı: 2142

Rusiya və Türkiyə prezidentləri arasında növbəti telefon danışığı olub.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana fevralın 7-də İstanbulda yaşayış binasının çökməsi nəticəsində həyatını itirən 18 nəfərə görə başsağlığı verib.