Prezidentdən Ramil Usubovla bağlı - Sərəncam

prezidentden-ramil-usubovla-bagli
Oxunma sayı: 11227

Prezident İlham Əliyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramil İdris oğlu Usubov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu gün Ramil Usubovun 70 yaşı tamam olur.