Xəzər Rayon Polis İdarəsində rayon ərazisində fəaliyyət göstərən məscid və ziyarətgahların rəhbərləri ilə görüş keçirilib.
Bu barədə "Qafqazinfo"ya Rayon Polis İdarəsindən məlumat daxil olub. Məlumata görə, din xadimləri ilə dini fəaliyyətlə bağlı mövcüd qanunvericiliyin tələblərinə uyğun izahedici söhbət aparılıb.
Onların nəzərinə dini mərasimlər zamanı radikalizm və ekstremizm mövzusunda təbliğatın aparılmasının, məscidlərə məhərrəmlik mərasimlərində istifadə olunan əşyaların gətirilməsinin, zəncirvurma, sinəvurma, baş yaralama və digər özünə xəsarət yetirmə hallarının, xüsusilə yetkinlik yaşına çatmayanların həmin mərasimdə iştiraklarının yolverilməzliyi çatdırılıb.
Həmçinin din xadimlərinə tövsiyə olunub ki, radikal dini fəaliyyətin qarşısının alınması və profilaktikası üçün mütəmadi izahedici iş aparsınlar.

Son xəbərlər
Son Xəbərlər