“Özümüzü sübut etmək üçün tarixi fürsətə sahibik” - Martines

ozumuzu-subut-etmek-ucun-tarixi-fursete-sahibik
Oxunma sayı: 1553

“Biz Belçika üçün tarix yazmaq fürsətinə sahibik. Bunun üçün də narahat oluruq”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Belçika yığmasının baş məşqçisi Roberto Martines deyib.

Mütəxəssis dünya çempionatının yarımfinalında bu gün Fransaya qarşı keçirəcəkləri  matçdan danışıb. Martines komandasının özünü sübut etmək istədiyini bildirib: “Bütün Belçika üçün 10-15 il ərzində görülən işlərin boşa getmədiyini sübut etmək fikrimiz var.

Komandamda hər kəs sadəcə final haqqında düşünür. Bizi tarixi oyun gözləyir. Futbolçularım meydanda nələr edəcəyini bilir. Fellaini barədə tənqidi fikirlərlə razı deyiləm. O, bizə çox kömək etdi. Braziliya ilə qarşılaşmada müəyyən qədər zəif təsir bağışlaya bilər. Amma əla çıxış etdiyini oyunlar ondan öncə idi”