Ona xəyanət edən ərindən rəsmi olaraq ayrıldı

ona-xeyanet-eden-erinden-resmi-olaraq-ayrildi
Oxunma sayı: 2401

Ukraynanın xalq artisti, Rusiyanın məşhur müğənnisi Ani Lorakla əri Murad Nalçacıoğlu rəsmi olaraq boşanıb. “Qafqazinfo” xəbər verir ki, iş adamı ilə sənətçinin məhkəmə iclası yanvarın 31-də baş tutub. 

Kiyevin Şevçenko rayon Məhkəməsi 10 illik ailənin ayrılması barədə qərar verib. Yığıncaq qapalı keçirilib və 5 dəqiqə davam edib. 

Görüşdə yalnız boşanma məsələsi müzakirə edilib.  Cütlüyün 7 yaşlı qızı Sofiyanın valideynlik hüququ və əmlak bölünməsi məsələlərinin müzakirəsi isə növbəti prosesdə həll olunacaq. 

Xatırladaq ki, hazırda Sofiya anası ilə Moskavada yaşayır. Cütlük xəyanətə görə yollarını ayırıb.