Ödənilməmiş borclara görə qəbul keçirilir

odenilmemis-borclara-gore-qebul-kecirilir
Oxunma sayı: 1677

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlər tərəfindən 01 yanvar 2017-ci il tarixədək istifadə edilmiş elektrik enerjisinə görə ödənilməmiş borcların araşdırılması davam edir. 

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə Füzuli Rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü və təşkilati dəstəyi ilə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun sərəncamı ilə Füzuli rayon elektrik şəbəkəsində qəbul keçirilir. 

Belə ki, “Azərişıq” ASC-nin səlahiyyətliləri Tofiq Abdullayev, Hüseynqulu Quliyev, Fuad Yusifov, İlqar Mustafayev, Elman Cavad və Sətdar Heydərovdan ibarət tərkibdə yaradılmış komissiya tərəfindən bir neçə gündür ki, sözügedən kateqoriyadan olan vətəndaşlar qəbul olunaraq, onların problemləri yerindəcə həll olunur. 

Bu günədək 4500 nəfərdən çox abonentin problemi həll edilib. Proses davam edir.