Müasir qlobol siyasi müstəvidə mövcud beynəlxalq təşkilatlar və QHT lərin əksəriyyətinin əhəmiyyətinin azalması tendensiyası müşahidə olunur. Günümüzün bir reallığıdır ki , beynəlxalq təşkilatlar, QHT-lər və onların beynəlxalq münasibətlərdəki yeri və rolu 10 -15 il öncəki kimi deyil və son illər ərzində onların yürütdükləri yanlış siyasətləri və yanaşmaları, beynəlxəlq münasibətlərdəki missiyaları haqqında çoxlu açıq suallar doğurur. Bu suallara mümkün cavablar ətrafinda yaranan mənzərə isə belə qurumlara güvənin zədələnməsinə səbəb olmuşdur.
Heç bir hüquqi məsuliyyət daşımayan, heç bir öhdəliyi olmayan bu təşkilatlar son illərdə müxtəlif iqtisadi və siyasi lobbi qrupları üçün poliqon rolunu oynaması, demokratiya, insan haqları və şəffaflıq kimi mövzulardakı hesabatlarının beynəlxalq səviyyədə siyasi - iqtisadi maraqlar üzərində təsir vasitəsi, alver mövzusu kimi istifadə olunması göz önündədir.
Zaman-zaman siyasi və iqtisadi lobbi qruplarının əlində vasitə olan, müxtəlif dövlətlər üçün proseslərə yanaşmalarda ikili standartlar, çox vaxt isə qərəzli yanaşmalar tətbiq edən bu təşkilatlar beynəlxalq siyasətdə və münasibətlərdə sanki "polis" rolunu oynamaq iddiasındadırlar.
Bəzən isə bu təşkilatların fəaliyyətləri sanki bir neçə dövlətin öz maraqlarını, xarici siyasətini beynəlxalq müstəvidə daha rahat həyata keçirməsinə xidmət etməsi təssüratı yaradır.
Avropa Birliyi özünün formalaşdırdığı, qurumun ərazisində strateji və kəşfiyyat məsələləri üzrə ixtisaslaşmış təsisatların hesabatlarında, AB siyasi institutlarında fəaliyyət göstərən QHT lərin missiyası və onların iqtisadi bə siyasi dairələrin əlində bir alət olmasını ifşa edən məlumatlara hər il biz daha çox rast gəlirik.
Məsələn, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) nın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Soros Fondunun maliyyələşdirdiyi və AB də müəyuən sazişlər və razılaşmalar öncəsi müəyyən siyasi və iqtisadi məsələlərdə təzyiq vasitəsi kimi istifadə etdiyi QHT-lərdən ibarət gizli şəbəkəni mövcudluğunu ifşa edən hesabatı nümunə göstərə bilərik.
Son illərin narahatedici tendensiyalarından biri isə bu təşkilatların kəşfiyyatlar və xüsusi xidmətlərlə əməkdaşlıqlarının sezilməsi tendensiyasıdır. Son illər bu əməkdaşlıq bir neçə istiqamət üzərindən özünü biruzə verir .Bu bəzən xüsusi xidmətlərin sızdırılmış informasiyaları əsasında tərtib olunmuş hesabatlar, çox vaxt isə sizdırmaları təhrif olunmaqla hesabatlara salınması tendensiyasi mövcuddur.
Bu əməkdaşlıqda əsasən hədəf dövlətlərin iki tərəfli , beynəlxalq hökümətlərarası təşkilatlarla münasibətlərinin korlanmasına , regionlararası iqtisadi, enerji və təhlükəsizlik siyasətlərinin diskrititasiya olunmasına , dövlətlərin daxili siyasi stabilliyi pozulmasına yönəlmişdir.
Çox maraqlıdır ki, bu tip əməkdaşlıq daha çox özünü şəffaflıq və hesbatllıq sahəsinə fəaliyyət göstərən beynəlxalq QHT- lər də müşahidə olunur. Bu tip qurumların kəşfiyyat və xüsusi xidmətlərin sızdırmalarının guya bu və ya diğər ölklərdə sıravi jurnalistin araşdırmaları kimi təqdim olunması günümüzün bir reallıqlarıdır.
Yüksək texnologiyaların informasiya təhlükəsizliyin bu qədər ciddi goruduğu əsrdə , maliyyə institutlarının korporativ məlumatların qorunması üçün astronomik məbləğlər sərf etməsi hesabına müqavilələr, bank məlumatları və beynəlxalq köçürmələrin məxfiliyini təmin edən təşkilatı və texniki standartlarının bu gədər güclü olduğu bir zamanlarda sıravi bir jurnalistin belə məxfi məlumatları əldə edə bilməsinə inanmaq sadəcə sadelövlükdür.
Haqqında danışdığımız bu tip təşkilatlardan biri məhz Transparency İnternationaldır. Özünü ümumdünya anti korrupsiya koalisiyası adlandıran , üzərinə ölkələr üzrə korrupsıya səviyyəsini müəyyənləşdirmək qədər iddialı bir missiya götürən Transparency İnternasional fəaliyyətinin müxtəlif dövrlərində , ölkələr üzrə mediada gedən koorupsiya haqqında məlumatların cəmlənməsi qədər qeyri ciddi bir üsulla hesabatlarının hazırlanması təcrübəsi ilə məşhur idi.
Fəaliyyətinin sonrakı dövrlərində Transparency İnternational da diğər bu tip beynəlxalq QHT lər kimi iqtisadi və siyasi lobbi qruplarının təsiri altına düşdü və fəaliyyətini bu dairələrin maraqlarının təminatı üzərindən maliyyələşməsi ilə davam etdirdi. Son illərdə isə Transparency İnternational daha çox kəşfiyyat və xüsusi xidmətləri ilə əməkdaşlıq , sızdırmaları hesabına iqtisadi və siyasi dairələrin maraqlarını həyata keçirilməsində təcrübəsini tətbiq etdi. Bu isə əlbətdə diqqətdən kənarda qalmadı və 2005 ci ildə beynəlxalq dairələrdə Transparency İnternational kəşfiyatlar və xüsusi xidmətləri ilə əməkdaşlıq ittihamları ilə üz üzə qaldı.Transparency İnternationalın hesabat və dərclərində istinad etdiyi təsisatlardan biri də OCCRP ( Mütəşəkkil Cinayətkarlıq və Koorupsiya hesabatlılığı ) dir. Haqqında danışdığımız OCCRP hesabatlarındakı məlumatların kəşfiyatlar və xüsusi xidmətləri sızdırması əsasında formlaşmasının beynəlxalq kiber və ümumi təhlükəsizlik sammitlərində dəfələrlə ən yüksək səviyyədə səsləndirilmişdir.
Bu qurumun yaranması tarixinə diqqət edəriksə, qurum məhz 2005 ci ildə Transparency İnternationalın kəşfiyyat və xüsusi xidmətlərlə əməkdaşlıq ittihamları ilə üz üzə gəldiyi ilə təsadüf edir və məhz həmin iıdən başlayaraq Tİ maraqlı OCCRP adlanan bir qurumun xidmətlərindən istifadə edir. Bu qurum məhz Tansparency İnternationalı beynəlxalq dairələrdə hesabatlarındakı şübhəli məqamlarda kəşfiyyat və xüsusi xidmətlərin sizdirması əsasında fəaliyyat qurması ittihamlarından yayınmaq üçün , istinad mənbəyi olaraq istifadə olunması üçün vacibdir. Nəzərə alsaq ki OCCRP fəaliyyəti Transparency İnternationalın maliyyə resurslarının istifadəsi üzərindən qurulmuşdur, hər iki qhtnin əksəriyyət ölkələr üzrə əməkdaşlıq etdiyi şəxslər də eyni şəxslərdir, onda bu qurumun eyni layıhənın daha çirkli işlərinin davam etdirilməsi üçün yaradılması heç bir şübhə yaratmır.
Yeganə Hacıyeva