Neymar və Mbappe PSJ-dən gedir?

neymar-ve-mbappe-psj-den-gedir
Oxunma sayı: 1902

Yayda Kriştiano Ronaldonu “Yuventus”a satann “Real” onun boşluğunu doldurmaq üçün transfer danışıqlarını davam etdirir

“Qafqazinfo” “Sporx”a istinadən xəbər verir ki, “Real” prezidenti Florentino Perez PSJ-nin ulduzları Neymar və Kilian Mbappeni transfer etmək niyyətindədir.

İtaliyanın “Corriere dello Sport” qəzeti bu transferlərin baş tutacağı təqdirdə Luka Modriçin “İnter”ə satılacağını iddia edib.

Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan, Mbappe isə bonuslarlarla birlikdə 180 milyon avroya “Monako”dan transfer edilib.