Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycana səfər edəcək.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
O, Bakıda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Tod Uolterslə danışıqlar aparacaq.
Gerasimovun Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə də danışıqları planlaşdırılıb.
Son xəbərlər
Son Xəbərlər