Müğənni onu təhqir edən izləyicisini polisə verdi

mugenni-onu-tehqir-eden-izleyicisini-polise-verdi
Oxunma sayı: 2469

Müğənni Hande Yener sosial şəbəkədə onu təhqir edən daha bir nəfərdən polisə şikayətçi olub.  “Qafqazinfo” xəbər verir ki, o, “sokakkafalii” adlı tvitter istifadəçisinin təhqiredici ifadələrə yol verdiyini bildirib. 

Hande həmin şəxsi şərəf, namus və ləyaqətinə toxunmaqda ittiham edib. Müğənni istifadəçinin kimliyinin araşdırılması və lazımı tədbirlərin görülməsini xahiş edib.