“Milan”ın yeni baş məşqçisi açıqlandı - Rəsmi

milanin-yeni-bas-mesqcisi-aciqlandi
Oxunma sayı: 1855

İtaliyanın “Milan” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, A seriya təmsilçisi Marko Giampaolo ilə anlaşıb.

Tərəflər arasında 2021-ci ilin yayınadək sözləşmə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm “Sampdoriya”nı çalışdıran Giampaolo yeni iş yerində Cennaro Qattuzonu əvəzləyib.