Merkel “Facebook” səhifəsini bağlayır

merkel-facebook-sehifesini-baglayir
Oxunma sayı: 810

Almaniya kansleri şəxsi “Facebook” səhifəsini bağlamaq qərarı qəbul edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, kansler qərarını indiyə qədər səhifəsini Xristian-Demokratik İttifaqının sədri qismində istifadə etməsi ilə izah edib. Merkel bununla bağlı açıqlamasında deyib: “Ancaq sizdən federal kanslerin işlərini izləməyi davam etdirməyinizi istəyirəm. Siz bunu federal hökumətin “Facebook” səhifəsini və ya mənim İnstaqram səhifəmi izləməklə edə bilərsiniz”. 

Qeyd edək ki, Merkelin “Facebook” səhifəsinin 2,5 milyon abunəçisi var.