Kredit faizləri ilə bağlı plan hazırlanır

kredit-faizleri-ile-bagli-plan-hazirlanir
Oxunma sayı: 1444

“Uçot dərəcəsinin aşağı düşməsi nəticəsində ötən il banklar bizim onlara verdiyimizdən daha çox kredit qaytarıblar”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.  

O, qeyd edib ki, bu məsələdə müəyyən dərəcədə dinamika var: “Ancaq bu, kredit faizlərinə təsir etmir. Bu cəhətdən biz çox ciddi Tədbirlər Planı hazırlayırıq və yaxın zamanda tətbiqinə başlanılacaq. Bu da banklar arasında bazarı artıracaq. 

Banklarda kredit portfelimizin həcmi 400 milyondur. Bu, olduqca kiçik rəqəmdir. Bir çox sahədə ciddi işlər görmək lazımdır. Yaxın bir neçə il ərzində təsir gücünü yarada biləcəyik”.

Günel Hacı