Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, iclasda dövlət qurumlarının 3 vəkillə bağlı şikayətinə baxılıb. Belə ki, Penitensiar Xidmət Şəhla Hümbətova, Baş Prokurorluq Ceyhun Yusifov, Abşeron rayon Məhkəməsi isə Coşqun İsgəndərov barəsində şikayət edərək onların cəzalandırılmasını istəyib.
VK bu şikayətlərlə bağlı vəkilləri cəzalandırmaqdan imtina edib və onlara şifahi xəbərdarlıq olunub.
Son xəbərlər
Son Xəbərlər