Kartla ödənişlər 67 % artıb - 16 milyardlıq əməliyyat

kartla-odenisler-67-artib
Oxunma sayı: 696

2018-ci ilin statistikasına əsasən, ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 16 milyard  olub. 

“Qafqazinfo” xəbər verir ki, onlardan 13 milyard 200 min manatı nağdlaşdırılıb, 2,8 milyard manat isə elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə olunub.

Ümumilikdə götürdükdə isə ötən illərlə müqayisədə nağdsız ödənişlərdən istifadə 67 % artıb. 

Qeyd edək ki, 2010-cu ildə bu göstərici cəmi 4% təşkil edirdi.

Günel Hacı